Tərtib olunmuş qrafikə uyğun olaraq rayonun qəsəbə və kəndlərində maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının yeni qərarları barədə istehsalçıların məlumatlandırılması məqsədilə təşkil olunur. 27 fevral 2025-ci il tarixdə Yurdçu kəndində maarifləndirmə tədbiri keçirilib. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Vəli Səfərov açaraq tədbirin məqsədi və əhəmiyyəti haqqında məlumat verib. Daha sonra Naxçıvan Muxtar Respublika...
Ətraflı
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Pakistan biznes forumunda çıxışı zamanı deyib. “Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”, - deyə dövlət başçısı vurğulayıb. ...
Ətraflı
Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuş, Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi ...
Ətraflı
Maarifləndirmə sessiyalarına ilk olaraq Kəngərli rayonunda başlanılmışdır. Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında keçirilən tədbiri giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev açaraq keçirilən tədbirin mahiyyətindən bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova çıxışı zamanı bildirib ki, muxtar res...
Ətraflı
Fevralın 17-də Kəngərli Rayon İcra Hakimiyyəti, Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant İbrahim Mustafa oğlu Əliyevin doğum günü münasibətilə tədbir keçirilib. Kəngərli Rayon Mədəniyyət Sarayında baş tutan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirə...
Ətraflı