İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI

 

 

Kəngərli Rayon İcra Hakimiyyətinin

başçısı

Kamal Elbrus oğlu Ələkbərov

 

      Ələkbərov Kamal Elbrus oğlu 7 mart 1973-cü ildə Şərur şəhərində anadan olmuşdur. 1980-1990-cı illərdə Şərur şəhər N.Nərimanov adına 1 №-li və Şərur şəhər M.Seyidov adına 2 №-li orta məktəbində təhsil almışdır. 1998-2003-cü illərdə Bakı şəhərində Azərbaycan Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2007-2011-ci illərdə əlavə ali təhsil olaraq Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini fərqlənmə diploma ilə bitirmişdir.

      Əmək fəaliyyətinə 2002-ci ilin may ayından Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında başlamışdır. 2005-ci ilin fevral ayından 2009-cu ilin iyul ayınadək Şərur bələdiyyəsinin sədri vəzifəsində, 2009-cu ilin iyul ayından 2014-cü ilin oktyabr ayınadək 2 saylı Şərur Dairə Seçki Komissiyasının sədri vəzifəsində, 15 oktyabr 2014-cü il tarixdən Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmişdir.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 avqust 2015-ci il tarixli Sərəncamı ilə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

      Ailəlidir, 3 övladı var.