“Zəfərin Mübarək, Ey Vətən!” mövzusunda tədbir keçirilib

04 noyabr 2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin Mübarək, Ey Vətən!” mövzusunda tədbir keçirilmişdir.

Tədbir Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Kəngərli rayon gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışaraq bildirmişdir ki, bu gün müstəqil ölkəmiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində zəfərlə sona çatdı.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Biz artıq istədiyimizə nail olmuşuq. Xalqımızın ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Bu haqq yolunda qazandığımız Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır".

Tədbirdə digər çıxış edənlər Kəngərli Rayon Prokurorluğunun prokuror köməkçisi Şahmar Həşimov, rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Toğrul Mustafayev, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar Şurasının Kəngərli Rayon Təşkilatının sədri Rəşid Nağıyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan haqq savaşında qazandığımız qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından, haqq-ədalətin bərpa edildiyindən bəhs etmişlər.

jpg

jpg

jpg

jpg

jpg