Rayon haqqında

Kəngərli  rayonu - 19 mart 2004-cü ildə rayon kimi təşkil olunmuşdur. Cənub və cənub-qərbdə İran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 704,89 km2, əhalisi 32,958 min nəfərdir (01.01.2021-ci il).

Mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 10 kənd vardır.

Rayon ərazisi Dərələyəz dağ silsiləsi və Kəngərli düzündən ibarətdir. Ən yüksək zirvəsi Keçəltəpə (2744 m) dağıdır. Burada kontinental iqlim tipi hakimdir.

Rayonda 12 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 5 klub müəssisəsi, 5 mədəniyyət evi, 1 mədəniyyət sarayı, 2 muzey, 2 uşaq musiqi məktəbi, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 1 Mərkəzi Rayon Xəstəxanası, 5 həkim ambulatoriyası, 5 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.

Kəngərli rayon İcra hakimiyyətinin orqanı olan "Yeni həyat" qəzeti nəşr olunur.

Rayonun ərazisində olan avtomobil yollarının ümumi uzunluğu 148,5 km-dir. O cümlədən, respublika əhəmiyyətli yolların uzunluğu 71 km, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 77,5 km-dir.

Rayon ərazisində Qarabağlar türbəsi, Qıvraq məscidi, Qıvraq hamamıŞahtaxtı kəndindəki Şərq hamamıÇalxanqala abidə divarlarıÇalxanqala türbəsi, Şahtaxtı Govur qalası kimi tarixi-memarlıq abidələri vardır.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.