Prezident bildirib ki, kənd təsərrüfatı sahəsinə daim böyük diqqət göstərilib. O qeyd edib ki, 2004-cü ildə Prezident seçildikdən sonra ilk təşəbbüslərdən biri Regional İnkişaf Proqramı olub və həmin proqramın əsas istiqamətlərindən biri kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş ilk beşillik proqram bir çox problemlərin həllinə kömək edib, daha sonra isə bir neçə beşillik regional inkişaf proqramı qəbul olunub. Dövlət başçısı vurğulayıb ki,...
Ətraflı
Prezident çıxışında qeyd etmişdir ki, tədbirə 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir ki, bu da beynəlxalq tədbirlər tarixində rekord göstəricilərdən biridir. O, bu forumun miqyasına görə, əvvəlki illərdə Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkədə təşkil edilən ən böyük beynəlxalq tədbirlərdən biri olduğunu vurğulamış və Forumun nəticələrinin də yüksək səviyyədə olacağına ümid etdiyini bildirmişdir. Qonaqların Azərbaycanın şəhərsalma sahəsində əl...
Ətraflı
Çıxış zamanı bildirilib ki, Ermənistan 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qeyd olunub ki, Antonio Koştanın Azərbaycana son səfəri zamanı bu məsələlər müzakirə edilib və dövlət başçısının tədbirə videobağlantı ilə qoşulması barədə razılıq əldə olunub. Eyni zamanda, bir il əvvəl Tiranada aparılan müzakirələr zamanı Ermənistanın 2026-cı ildə Zirvə görüşünə ev sahibliyi etməsi ideyasına da dəstək verildiyi xatırladılıb. Tarazlığın qor...
Ətraflı
Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı bəyanatla çıxış edərək İtaliya ilə əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb.Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında 2014və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri münasibətlərin möhkəm əsasını təşkil edir və bu əməkdaşlıq bu gün real nəticələrdə özünü göstərir. Meloninin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi...
Ətraflı
İlham Əliyev Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edib. Qeyd olunub ki, bu qələbə bütün xalqımızı sevindirib. Azərbaycan güləşçiləri bir daha sübut ediblər ki, onlar Avropada liderdirlər. Komanda hesabında birinci olmaq, şübhəsiz ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, hazırda həm dünyada, həm də Avropada güləş üzrə rəqabət daha da gərginləşib, müxtəlif ölkələrin tanınmış idmançıları yüksək nəticələr...
Ətraflı