Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun müntəzəm olaraq rayonun qəsəbə və kəndlərində keçirdiyi səyyar qəbullar davam etdirilir

Növbəti səyyar qəbul Xok kəndində keçirilib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov muxtar respublikamızda sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
İcra Hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və bələdiyyə sədrinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və həlli üçün müvafiq göstərişlər verilib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
jpg
jpg
jpg
jpg
jpg