"Milli qürur günümüz" adlı tədbir keçirilmişdir

07 noyabr 2023-cü il tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında "Milli qürur günümüz" adlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi önünə və Şəhidlər Abidə Kompleksinə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildirmişdirlər.
Daha sonra tədbir Kəngərli Rayon Mədəniyyət Sarayında davam etdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirmişdir ki, Azərbaycan dövləti hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Bu zəfəri bizlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu yaşatdı. Bu qələbə, Zəfər haqqında yüz illərlə danışılacaq.
Ümummilli Liderimiz Heydər Əliyev 2003-cü ildə xalqa müraciəti zamanı demişdir: "Mən ona özüm qədər inanıram və gələcəyinə çox böyük ümidlər bəsləyirəm". Bəli, dövlət başçımız ata vəsiyyətini yerinə yetirərək bu inamı doğrultdu. Biz xoşbəxt insanlarıq ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyat sürürük.

Tədbirdə Vətən Müharibəsi qazisi Fərdi Cəlilov çıxış edərək qeyd etmişdir ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq strateji hədəfi olub. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Daha sonra Mədəniyyət Sarayının "Kəngər" instrumental ansamblı və musiqi məktəblərinin kollektivləri tərəfindən mahnı nömrələri səsləndirilmişdir.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg