30.10.2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin və Kəngərli Rayon Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin birgə təşkilatçılığı ilə İcra Hakimiyyətinin sürücüsü Əkbərov Abbas Adı oğlunun 65 illik yubileyi qeyd olunmuşdur.
İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək qeyd etmişdir ki, iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur.
Tədbirdə Kəngərli Rayon Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin əməkdaşı Famil Abbasov və digər çıxış edənlər Yubilyar haqqında ən xoş sözlərini deyərək təbrik etmişlər. Daha sonra tort kəsilmiş hədiyyələr təqdim olunmuşdur. Çay süfrəsi arxasında tədbir davam etdirilmişdir.