2025-ci ildə Kəngərli rayonunun iqtisadi və sosial inkişafının göstəriciləri

       Kəngərli rayonunda çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, yeni  istehsal və xidmət sahələrinin yaradılması, sosial sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər 2025-ci  ildə də davam etdirilmiş, yüksək nəticələr əldə edilmişdir.

        2024-cü illə müqayisədə hesabat dövründə ümumi məhsul istehsalı 3,9 faiz, nəqliyyat sektorunda yük və sərnişin daşınması hər iki halda 1,1 faiz, pərakəndə ticarət dövriyyəsi 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1 faiz, əsas kapitala yönəldilmiş vəsaitlər 4,4 dəfə artmış, sənaye məhsulu 8,3 faiz, kənd təsərrüfatı məhsulu 2,4 faiz, informasiya və rabitə xidmətləri isə 43,7 faiz azalmışdır.

 

2025-ci ildə  Kəngərli rayonunun iqtisadi və sosial inkişafının əsas  göstəriciləri:

 

Müqayisə predmeti

2025-ci ildə faktiki

2024-cü ilə nisbətən,  faizlə

Ümumi məhsul buraxılışı, min manat

98 176,2

103,9

Sənaye məhsulu, min manat

34 082,3

91,7

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

ondan tikinti-quraşdırma işləri

11 028,0

8 044,0

4,4 dəfə

4,1 dəfə

Kənd təsərrüfatı məhsulu, min manat

37 101,2

97,6

o cümlədən

 

 

heyvandarlıq

15 304,3

96,8

bitkiçilik

21 796,9

98,2

Nəqliyyat sektorunda yük daşınması, min ton

298,3

101,1

o cümlədən avtomobil nəqliyyatı vasitəsilə

298,3

101,1

hava nəqliyyatı vasitəsilə

-

-

dəmir yolu nəqliyyatı

-

-

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

968,0

101,1

o cümlədən avtomobil nəqliyyatı vasitəsilə

968,0

101,1

hava nəqliyyatı vasitəsilə

-

-

İnformasiya və rabitə xidmətləri, min manat

277,7

56,3

Pərakəndə ticarət dövriyyəsi, min manat

47 821,9

103,8

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

11 115,4

100,1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ümumi məhsul buraxılışı

 

         Kəngərli  rayon  iqtisadiyyatında  2025-ci  ildə ümumi məhsul istehsalının  həcmi 98 milyon 176 min 200  manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur.

 

Göstəricilərin adı

2025-ci ilin yanvar-dekabr ayları, faktiki qiymətlərlə,min manat

Sənaye

34 082,3

Tikinti-quraşdırma

8 044,0

Kənd təsərrüfatı

37 101,2

Nəqliyyat və anbar təsərrüfatı

3 368,0

İnformasiya və rabitə

277,7

Ticarət

15 303,0

YEKUN

98 176,2

     

 

Ümumi məhsul buraxılışının strukturu

 

 

Sənaye

 

          Kəngərli  rayonu  üzrə  2025-ci  ilin yanvar-dekabr  aylarında  istehsal olunmuş  sənaye   məhsulunun    sənaye  xarakterli  xidmətlərin  dəyəri 34 milyon 82 min  300 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayısədə sənaye məhsulu istehsalı 8,3 faiz azalmışdır. 

        İstehsal olunmuş məhsulun 406 min 200 manatı (1,2 faizi) mədənçıxarma sənayesinin,  32 milyon 214 min 800  manatı (94,5 faizi) emal sənayesinin, 1 milyon 421 min 100 manatı (4,2 faizi) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı,  40 min 200 manatı (0,1 faizi) isə   su təhcizatı; tullantıların təmizlənməsi və emalı sahəsinin  payına düşür.

 

Sənaye məhsulu istehsalının sahə strukturu

       

  Emal sənayesində 2025-ci ildə 32 milyon 214 min 800 manat dəyərində  məhsul  istehsal olunmuşdur .

 

Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı

 

Fəaliyyət

növlərinin adı

2025-ci ildə istehsal edilmişdir, min manat

2024-cü ildə istehsal edilmişdir, min manat

Emal sənayesi – cəmi

32 214,8

29 447,2

qida məhsullarının istehsalı

11 326,2

10 604,0

içki istehsalı

34,8

36,0

tikinti materiallarının istehsalı 

18 586,4

16 080,5

mebellərin istehsalı 

2 267,4

2 726,7

     

 

Emal sənayesi

 

 

İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla rayonun sənaye müəssisələrinin  anbarlarında 1 yanvar 2026-cı il vəziyyətinə  786 min manat dəyərində  hazır məhsul qalmışdır.

2025-ci ilin yanvar-noyabr aylarında  sənaye  sahəsində işləyən işçilərin  sayı 462 nəfər olmuşdur.

 

 

Tikinti-quruculuq

 

        Kəngərli rayonunda iqtisadiyyatın və sosial  sahələrin inkişafı üçün 2025-ci  ilin   yanvar-dekabr    aylarında   bütün  maliyyə  mənbələrindən  əsas kapitala 11 milyon  28 min manat  vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur. Tikinti-quraşdırma işlərində istifadə  olunmuş   vəsaitin    dəyəri isə 4,1 dəfə artaraq 8  milyon 44   min manat təşkil etmişdir.

          Yanvar-dekabr ayları ərzində Kəngərli rayonunun mərkəzində abadlıq işləri, Qıvraq qəsəbəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin Abidəsinin  təmir işləri, DOST Mərkəzinin Kəngərli rayon filialı üçün inzibati binanın və Şahtaxtı kəndində Əbülfət Ağa Şahtaxtiniskinin məzarının əsalı təmiri davam etdirilmişdir.

 

       Mənzil-kommunal təsərrüfatı. Rayonun Qarabağlar və Böyükdüz kəndlərinin hər birində bir mərasim evinin tikintisi başa çatdırılmış, Yeni Kərki kəndində bir mərasim evinin tikintisi davam etdirilmişdir.

 

Nəqliyyat infrastrukturu. Şahtaxtı Gömrük avtomobil yolunun və Xok kəndində daxili avtomobil yollarının əsaslı təmiri  başa çatdırılmışdır. 

 

Fərdi yaşayış evləri. Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə  müqayisədə  fərdi yaşayış evlərinin tikintisində  də artım qeydə alınmışdır. 2025-ci  ilin yanvar-dekabr aylarında rayonda əhalinin şəxsi vəsaiti hesabına kənd yerlərində 65 və rayon mərkəzində 5 ev olmaqla 70 yeni fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. İstifadəyə verilən fərdi yaşayış evlərin ümumi sahəsi 10 min 807,6 kvadratmetr, otaqların sahəsi isə 4 min 814,6 kvadratmetr olmuşdur.

Fərdi yaşayış evlərinin ümumi sahəsinin  9 min 717,1  kvadratmetri kənd yerlərinin 1 min 90,5 kvadratmetri isə rayon mərkəzinin payına düşür. İstismara verilmiş yaşayış evlərinin  dəyəri 4 milyon 386 min 800 manat təşkil etmişdir.

2025-ci  ilin yanvar-noyabr aylarında  tikinti  sahəsində işləyən işçilərin  sayı 146 nəfər olmuş, orta aylıq əməkhaqqı  isə 454,6 manat  təşkil etmişdir.

 

 

Kəngərli rayonunda İstehsal və xidmət sahələri haqqında məlumat

 

Hesabat dövründə Qıvraq qəsəbəsində iki ticarət sahəsinin;

- Qıvraq qəsəbəsində ticarət və iaşə xidməti sahəsinin;

- Qıvraq qəsəbəsində xidmət sahəsinin;

- Böyükdüz kəndində iaşə xidməti sahəsinin;

- Qıvraq qəsəbəsində ticarət-xidmət sahəsinin;

- Yurdçu kəndində xidmət sahəsinin yaradılması;

- Qarabağlar kəndində arıçılıq təsərrüfatının;

- Xok kəndində üç heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır.

Bu dövr ərzində Qıvraq qəsəbəsində, Qarabağlar və Şahtaxtı kəndlərinin hər birində bir iaşə xidməti sahəsinin;

- Qıvraq qəsəbəsində mərmər istehsalı sahəsinin;

- Qıvraq qəsəbəsində xidmət sahəsinin;

- Şahtaxtı kəndində ticarət sahəsinin;

- Qarabağlar kəndində avtomobil təmiri sahəsinin;

- Qarabağlar kəndində iaşə və xidmət sahəsinin;

- Qarabağlar kəndində avtoservisin;

- Xok kəndində heyvandarlıq təsərrüfatının yaradılması;

- Qarabağlar kəndində iki heyvandarlıq təsərrüfatının genişləndirilməsi;

- Çalxanqala kəndində şərabçılığın inkişaf etdirilməsi davam etdirilmişdir.

    

Kənd təsərrüfatı

 

Kəngərli rayon iqtisadiyyatının əsasını  təşkil edən kənd təsərrüfatının  inkişafı və əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi istiqamətində də ötən dövr ərzində işlər  davam etdirilmişdir. 2025-ci  ilin yanvar-dekabr aylarında Kəngərli rayonunda 37 milyon 101 min 200 manatlıq  kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə   2,4 faiz azdır.

 

 

Kənd təsərrüfatı məhsulu haqqında

                                                                                                       min manat

 

Sahələr

2025-ci il

2024-cü ilə nisbətən, faizlə

Heyvandarlıq

15 304,3

96,8

Bitkiçilik

21 796,9

98,2

Kənd təsərrüfatı üzrə cəmi məhsul istehsalı

37 101,2

97,6

   

         Rayonda  2025-ci ilin məhsulu üçün 6137,3 hektar sahədə əkin aparılmışdır. Əkin  sahəsinin 3003,0 hektarını  taxıl, 20,0 hektarını tütün, 14,6 hektarını dən üçün qarğıdalı, 16,5 hektarını paxlalı, 130,0 hektarını tərəvəz bitkiləri, 8,7 hektarını günəbaxan, 26,8 hektarını ərzaq üçün bostan bitkiləri, 40,4 hektarını kartof, 73,3 hektarını 2025-ci ildə əkilmiş çoxillik otlar, 2804,0 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir.

Kəngərli rayonunda məhsul yığımı başa çatmışdır. 2025-ci ildə əkin sahələrindən 4892,8 ton dənli və dənli paxlalılar, 45,0 ton dən üçün qarğıdalı, 16,4 ton dən üçün günəbaxan, 30,0 ton tütün, 1223,6 ton tərəvəz, 533,7 ton kartof, 264,6 ton bostan məhsulları, 4682,9 ton meyvə və giləmeyvə, 280,5 ton üzüm yığılmışdır.

Keçən illə müqayisədə dənli və dənli paxlalılar istehsalı 28,4 faiz, dən üçün qarğıdalı 76,9 faiz, tütün istehsalı 47,1 faiz, meyvə və giləmeyvə istehsalı 1,2 faiz, üzüm istehsalı 1,6 faiz azalmış, dən üçün günəbaxan istehsalı 36,7 faiz, tərəvəz istehsalı 21,2 faiz, kartof istehsalı 23,0 faiz, bostan məhsulları istehsalı 4,5 faiz artmışdır.

 

Kənd təsərrüfatının ümumi məhsulunun strukturu

 1 yanvar 2026-cı il tarixə Kəngərli rayonunda 4497 baş   iribuynuzlu mal-qara olmuşdur ki, bu da 1 yanvar 2025-ci illə müqayisədə 3,9 faiz çoxdur.

 Məhsuldar mal-qara olan inək-camışlar iribuynuzlu mal-qaranın 2622 başını və yaxud 58,3 faizini təşkil etməklə 1 yanvar 2025-ci illə müqayisədə 5,5 faiz azdır.

1 yanvar 2026-cı il tarixə Kəngərli rayonunda 86355 baş qoyun və keçi olmuşdur ki, bu da 1 yanvar 2025-ci illə müqayisədə 4,8 faiz çoxdur.

1 yanvar 2026-cı il tarixə quşların sayı 36905 baş, arı ailələrinin sayı isə 92 təsərrüfatda 1283 arı ailəsi olmuşdur.   

         1 yanvar  2026-cı il tarixə Kəngərli rayonu üzrə inzibati ərazi dairələrində olan  mal-qaranın  sayı, baş

 

Sıra sayı

İnzibati ərazi dairələri

İribuynuzlu

mal-qara

Qoyun və keçilər

 

 

Cəmi mal-qara

o, cümlədən inək və camışlar

Quşlar

Arı ailəsi

Ailə

Təsərrüfat

1.

Qıvraq qəsəbə iəd

524

380

7390

5705

24

3

2.

Qabıllı kənd iəd

129

81

1050

520

35

5

3.

Şahtaxtı kənd iəd

403

223

3850

3777

-

-

4.

Qarabağlar kənd iəd

865

430

10700

8657

200

18

5.

Yurdçu kənd iəd

142

70

260

1170

-

-

6.

Xok kənd iəd

1220

749

14475

9410

105

4

7.

Yeni Kərki kənd iəd

115

75

1200

300

12

1

8.

Çalxanqala kənd iəd

800

420

27800

2896

650

45

9.

Xıncab kənd iəd

95

45

4630

1950

179

12

10.

Böyükdüz kənd iəd

204

149

15000

2520

81

4

 

Kəngərli rayonu üzrə

4497

2622

86355

36905

1283

92

 

 

 

 

 

 

 

 

2025-ci ildə Kəngərli rayonunda diri çəkidə 1596,0 ton ət, 6326,0 ton süd, 5410,0 min ədəd yumurta, 185,2 ton yun istehsal edilmişdir. 2024-cü illə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı 4,1 faiz azalmış, yumurta istehsalı 0,4 faiz, yun istehsalı 48,2 faiz artmışdır.

Kəngərli rayonunda heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 

 

Məhsulların adı

2025-ci ilin yanvar-dekabr ayları

2024-cü ilin yanvar-dekabr ayları

Analoji nisbət,

faizlə

Ət (diri çəkidə), ton

1 596,0

1 671,0

95,5

Süd, ton

6 326,0

6 594,0

95,9

Yumurta, min ədəd

5 410,0

5 389,0

100,4

Yun, ton

185,2

125,0

148,2

 

 

    Əsas növ heyvandarlıq məhsulları istehsalı

 

 

2025-ci  ilin yanvar-noyabr aylarında  kənd təsərrüfatı sahəsində işləyən işçilərin  sayı 42 nəfər olmuş, orta aylıq əməkhaqqı  isə 543,0 manat  təşkil etmişdir.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində 2025-ci  ildə mühüm yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.

Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən 2025-ci il ərzində rayon ərazisində müntəzəm olaraq  təmizlik işləri aparılmış, yaşıllıqlara mütəmadi aqrotexniki qulluq edilmiş, quru budama və suvarma işləri aparılmışdır. Rayonun Qıvraq qəsəbəsi ərazisində 1,7 hektar sahədə yeni bağ salınaraq 700 ədəd badam və 350 ədəd ərik tingləri əkilmiş, mövcud bağlarda 17,3 hektar sahədə 10 756 ədəd ting əkilməklə bərpa işləri aparılmışdır.

 

Meliorasiya və irriqasiya tədbirləri

 

 Kəngərli Su Meliorasiya Sistemlərinin İstismarı şöbəsi tərəfindən 2025-ci il ərzində rayon ərazisində 8 min 807 metr ara arxları lildən təmizlənmiş, 1 561 metr təyziqli boru xəttində, 775 metr suvarma boru xəttində təmir-bərpa işləri aparılmış, 4 №-li” nasos stansiyasında yeni nasos aqreqatı quraşdırılmışdır.

 İçməli su təminatının yaxşılaşdırılması məqsədilə  503 metr içməli su xəttində və 17 kəhrizdə təmir-bərpa işləri görülmüş, 25 subartezian quyusu təmir olunmuşdur.

 

Nəqliyyat, informasiya  - rabitə və energetika

 

 

2025-ci ildə Kəngərli rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 298,3 min ton yük, 968,0 min sərnişin daşınmışdır. 2024-cü illə müqayisədə yük daşınması və sərnişin daşınması hər iki halda 1,1 faiz artmışdır.

2025-ci  ilin yanvar-noyabr aylarında nəqliyyat və  anbar təsərrüfatı   sahəsində   işləyən   işçilərin sayı 65 nəfər olmuş, orta aylıq əməkhaqqı isə 436,4 manat təşkil etmişdir.  

 

Kəngərli rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 277,7 min manat olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 43,7 faiz azdır.

2025-ci  ilin yanvar-noyabr aylarında  informasiya  və rabitə sahəsində işləyən işçilərin  32 nəfər, orta aylıq əməkhaqqı isə 580,8 manat təşkil etmişdir.

Rabitə Sektoru tərəfindən 2025-ci il ərzində 10 min 717 metr müxtəlif diametrli kabellərdən istifadə olunaraq rabitə xətləri təmir-bərpa edilmiş, 7 ədəd abonent qutusu və 1 ədəd abonent şkafı quraşdırılmış, 210 metr yeraltı kabellərdə təmir işləri aparılmış, internet xidmətinin keyfiyyətinin artırılması üçün 3 min 979 metr optik kabel çəkilmişdir. İl ərzində 1 464 ədəd zədəli telefon nömrəsi bərpa edilmiş, 5 ədəd yeni telefon xətti çəkilmişdir.

Elektrik Şəbəkəsi tərəfindən  2025-ci il ərzində 5 min 749 əhali abonentinə və 494 qeyri-əhali abonentinə xidmət göstərilmiş, rayon ərazisində istehlakçıların enerji təchizatını yaxşılaşdırmaq, onların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədi ilə bir sıra işlər görülmüşdür. Elektrik Şəbəkəsi tərəfindən 16 min 690 metr uzunluğunda 10/0,4 kv-luq hava xəttində təmir işləri aparılmış, 765 metr uzunluğunda yeni 0,4 kv-luq hava xətti çəkilmiş, 69 ədəd  transformatorda cari təmir işləri aparılmış, 2 ədəd transformator yenisi ilə əvəz olunmuşdur.

Qaz İstismar İdarəsi tərəfindən 2025-ci il ərzində 5 min 697 əhali abonentinə və 237 qeyri-əhali abonentinə xidmət göstərilmiş, bu məqsədlə 266 ədəd qaz tənzimləyici şkaflara texniki baxış keçirilmiş, 1 ədəd qaz tənzimləyici şkaf yararsız hala düşdüyü üçün yenisi ilə əvəz olunmuş, mövsümə uyğun çıxış təzyiqləri yoxlanılmışdır. Rayon ərazisində 5 min 194 metr müxtəlif diametrli borudan istifadə olunaraq korroziyaya uğrayan qaz boruları yeniləri ilə əvəz olunmuş, 130 yerdə qaz xətləri dayaqlara vurulmuş, 7 fərdi yaşayış evinə və 5 qeyri-yaşayış obyektinə yeni qaz xətti çəkilərək sayğac quraşdırılmışdı

 

Sahibkarlıq fəaliyyəti, məşğulluq məsələləri və yeni iş yerləri

 

       2025-ci il ərzində işaxtaran və işsiz vətəndaşlardan 100 nəfəri dövlət sektoru üzrə, 51 nəfəri qeyri-dövlət sektoru üzrə olmaqla 151 nəfər işlə təmin olunmuşdur. Hesabat dövrü ərzində özünüməşğulluq proqramına 134 nəfər cəlb olunmuş, proqrama cəlb olunanlardan  70 vətəndaş kənd təsərrüfatı istiqaməti üzrə, 8 vətəndaş isə istehsal-xidmət istiqaməti üzrə aktivlərlə təmin edilmişdir.

   2025-ci il ərzində haqqı ödənilən ictimai işlərə 43 nəfər cəlb edilmiş, haliyyədə rayon üzrə 101 nəfər haqqı ödənilən ictimai işlərdə çalışırlar.

  2025-ci  ilin dekabr ayının 1-i vəziyyətinə Kəngərli rayonu  üzrə  muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 2613 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 1688 nəfər, qeyri-dövlət sektorunda isə 925 nəfər təşkil etmişdir.

 

2025-ci  il dekabr ayının 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı

                                                                                                                                                                  nəfər

İqtisadi fəaliyyət növləri

Cəmi

o cümlədən:

dövlət

qeyri-dövlət

Kəngərli rayonu  üzrə - cəmi

2613

1688

925

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

42

-

42

Emal sənayesi

324

-

324

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

28

28

-

Su təchizatı; tullantıların təmizlənməsi və emalı

62

62

-

Mədənçıxarma sənayesi

48

48

 

Tikinti

146

-

146

Ticarət; nəqliyyat vasitələrinin təmiri

207

-

207

Nəqliyyat və anbar təsərrüfatı

65

-

65

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

32

-

32

İnformasiya və rabitə

4

-

4

Maliyyə və sığorta fəaliyyəti

13

-

13

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

2

-

2

Peşə, elmi və texniki fəaliyyət

6

-

6

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

9

-

9

Dövlət idarəetməsi və müdafiə;  sosial

 təminat

570

550

20

Təhsil

742

742

-

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

69

66

3

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

192

192

-

Digər sahələrdə xidmətlərin göstərilməsi

52

-

52

 

 

Muzdla çalışan işçilərin sayı 

 

       

     Yeni sahibkarlıq subyektlərinin yaradılması yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Belə ki, 2025-ci  ilin yanvar-dekabr ayları ərzində Kəngərli rayonunda 1 yeni  iş  yeri açılmışdır.

 

 

Yeni açılmış iş yerlərinin müxtəlif təşkilatlar üzrə bölgüsü

 

Açılmış iş yerlərinin müxtəlif

təşkilatlar üzrə bölgüsü

2025-ci il

Cəmi

I rüb

II rüb

III rüb

IV rüb

Açılmış iş yerlərinin sayı, cəmi

-

-

-

1

1

        o cümlədən

-

-

-

-

-

yeni yaradılmış müəssisə və təşkilatlarda

-

-

-

1

1

mövcud müəssisə və təşkilatlarda

-

-

-

-

-

fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

-

-

-

-

-

digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.)

-

-

-

-

-

 

 

 

 

 

 

 

 

 

 Pərakəndə ticarət dövriyyəsi və ödənişli xidmətlər 

 

2025-ci ildə Kəngərli rayonunda əvvəlki illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artaraq 47821,9 min manat təşkil etmişdir. İctimai iaşə dövriyyəsi 2632,2 min manat təşkil etmişdir ki, bu da 2024-cü illə müqayisədə 1,8 faiz çoxdur. 2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 0,1 faiz artaraq 11115,4 min manat təşkil etmişdir.

Kəngərli rayonunda 2025-ci ilin yanvar- dekabr aylarında pərakəndə ticarət dövriyyəsi və əhaliyə göstərilən ödənişli xidmətlər aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Müqayisə

predmeti

2025-ci il

min manat

2024-cü ilə  nisbətən,

faizlə

Pərakəndə ticarət dövriyyəsi, min manat

47 821,9

103,8

İctimai iaşə dövriyyəsi, min manat

2 632,2

101,8

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

11 115,4

100,1

 

Təhsil, idman, mədəniyyət, səhiyyə və sosial təminat

Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, Cari tədris ilində rayonda 12 tam orta, 1 məktəbəqədər və 3 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir. 3 min 666 şagirdin təlim-tərbiyəsi ilə  427 müəllim məşğul olmuşdur. Hazırda I sinflərdə 279 şagird, XI sinflərdə isə 253 şagird  təhsil alır.     Buraxılış imtahanlarında IX sinif şagirdlərindən 33 nəfər, XI sinif şagirdlərindən isə 23 nəfər 200-dən çox bal toplamışdır. Keçən il bu saylar müvafiq olaraq 34 və 26 olmuşdur.

Gənclərə və idmanın kütləviliyinin təmin olunması işinə diqqət ildən-ilə artırılır. Ötən il rayon mərkəzində mini futbol meydançası əsaslı təmir olunmuş, yeni açıq hava idman qurğuları gənclərin istifadəsinə verilmişdir.

Rayon Mədəniyyət Sektoru və filiallarında 2025-ci il ərzində çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilmiş, konsert proqramları, teatr tamaşaları nümayiş olunmuşdur. Keçirilən tədbirlərdən 18-i rayon əhəmiyyətli olmaqla, ümumilikdə 255 tədbir keçirilmişdir.

 

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün Kəngərli rayonunda əsaslı tədbirlər həyata keçirilmişdir. 2025-ci ildə rayonun tibb xidməti şəbəkəsi 26 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 3 Ailə Sağlamlıq Mərkəzi, 5 Həkim Məntəqəsi, 5 Tibb Məntəqəsi və Gigiyena Epidemiologiya Mərkəzindən ibarət olmuşdur.

Qarabağlar kənd Ailə Sağlamlıq Mərkəzinə yeni təcili yardım maşını və yeni müasir tibbi avadanlıqlar verilmişdir ki, bu da kənd əhalisinin sağlamlığının qorunması yolunda mühüm rol oynayır.

Hesabat ilində xəstələrə hərtərəfli tibbi xidmət göstərilmiş, dövlət tərəfindən nəzərdə tutulmuş imtiyazlardan istifadə üçün normal şərait yaradılmışdır.

Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon vətəndaş qəbulu şöbəsi tərəfindən 2025-ci il ərzində 312 ailəyə ünvanlı dövlət sosial yardımı verilmiş, 116 nəfərə yaşa görə, 19 nəfərə əliliyə görə, 36 nəfərə ailə başçısını itirməyə görə, ümumilikdə 171 nəfərə əmək pensiyası təyin olunmuşdur. Hesabat dövründə birdəfəlik sosial müavinət alanların sayı 159 nəfər, məcburi dövlət sosial sığorta hesabına müavinət alanların sayı 517 nəfər olmuşdur.

İl ərzində 4 şəhid ailəsinin yaşadığı ünvana gedən məhəllə yolları qum-çınqıl qatı verilərək hamarlanmış, 1 şəhid ailəsinin həyətyanı sahəsinə içməli su xətti çəkilmişdir. 1 şəhid  ailəsi və 1 Vətən müharibəsi iştirakçısına tikinti materialları verilərək maddi dəstək göstərilmişdir. Bundan əlavə rayonda 10 şəhid ailəsi üzvü və 1 müharibə iştirakçısı işlə təmin olunmuş, 3 müharibə iştirakçısı yaşayış sahəsinə ehtiyacı olan qismində güzəştli mənzil uçotuna alınmışdır. 7 şəhid ailəsi və 5 müharibə iştirakçısının sahibkarlıq fəaliyyəti ilə bağlı torpaq sahəsi ayrılmışdır.

 

Əməkhaqqı

 

        2025-ci ilin yanvar-noyabr aylarında muxtar respublika iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 802,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqları 910,2 manat, qeyri-dövlət müəssisələrində isə 621,0 manat olmuşdur.

  

2025-ci ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı

 

            İqtisadi fəaliyyət növləri

Cəmi,

manat

O cümlədən

 

Dövlət

Qeyri dövlət

Kəngərli rayonu üzrə - cəmi

802,6

910,2

621,0

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

543,0

-

543,0

Mədənçıxarma sənayesi

583,0

680,6

-

Emal sənayesi

812,8

-

812,8

Elektrik enerjisi, qaz və buxar

istehsalı, bölüşdürülməsi və təchizatı

814,7

814,7

-

Su təchizatı, tullantıların təmizlənməsi

və emalı

478,9

478,9

-

Tikinti

454,6

714,4

445,2

Ticarət; nəqliyyat vasitələrinin təmiri

518,1

-

518,1

Nəqliyyat və anbar təsərrüfatı

436,4

419,4

440,0

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

464,2

-

464,2

İnformasiya və rabitə

580,8

606,4

423,5

Maliyyə və sığorta fəaliyyəti

1709,8

-

1709,8

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

418,9

-

418,9

Peşə, elmi və texniki fəaliyyət

418,1

-

418,1

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

497,8

-

497,8

Dövlət idarəetməsi və müdafiə;sosial təminat

1300,1

1326,4

396,0

Təhsil

729,5

729,5

-

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

680,9

676,5

770,0

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

805,1

805,1

-

Digər sahələrdə xidmətlərin göstərilməsi

605,1

-

605,1

 

 

Orta aylıq nominal əməkhaqqının strukturu (yanvar-noyabr)

 

 

Demoqrafik vəziyyət

        

          Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı 1 yanvar  2026-cı il tarixə 33954 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 176 nəfər çoxdur.

        2025-ci ilin yanvar-dekabr aylarında rayonda  292 körpə dünyaya gəlmiş, 183 nəfər vəfat etmişdir. Daimi yaşamaq üçün 90 nəfər qeydiyyata alınmış, 23 nəfər isə köçüb digər bölgələrə getmişdir. Bu dövrdə bağlanan nikahların sayı  149,  boşanmaların sayı isə 67 olmuşdur. 

 

Əsas demoqrafik göstəricilər

 

Sıra sayı

 

Göstəricilər

2025-ci ilin yanvar-dekabr ayları,nəfər

2024-cü ilin yanvar-dekabr ayları,nəfər

1

Əhalinin sayı,1.01.2026-cı il tarixə, nəfər

33954

33778

2

Ümumi artım

176

261

3

Təbii artım

109

206

4

Doğulanlar

292

346

5

Ölənlər

183

140

5.1

o, cümlədən 1 yaşa qədər uşaqlar

1

3

6

Gələnlər

90

114

7

Gedənlər

23

59

8

Miqrasiya saldosu

67

55

9

Nkahlar

149

182

10

Boşanmalar

67

74

 

Aparılan təhlillər bir daha göstərir ki, əldə olunmuş uğurlar dinamik inkişafı təmin etməklə bərabər əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.