"Fövqəladə hallar zamanı mülki müdafiə qüvvələrinin manqa komandirlərinin rolu" mövzusunda tədbir keçirilib

Kəngərli rayon Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində "Fövqəladə hallar zamanı mülki müdafiə qüvvələrinin manqa komandirlərinin rolu" mövzusunda tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş qaydalara əməl olunması üzrə mülki müdafiə qüvvələrinin manqa komandirlərinin məsuliyyətini artırmaq, sülh və müharibə dövrlərində mülki müdafiənin təşkili və vəzifələri barədə tövsiyələr vermək, fövqəladə hallar zamanı mühafizə üsulları, davranış qaydaları ilə bağlı məlumat verməkdən ibarət olmuşdur.

Tədbirdə Kəngərli rayon idarə, müəssisə və təşkilatlarında yaradılmış mülki müdafiə qüvvələrinin manqa komandirləri iştirak etmişdir.

jpg  jpg  jpg