03 noyabr 2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətində Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən "Cari ildə taxıl əkininin həyata keçirilməsi ” mövzusunda maarifləndirici tədbir keçirilib
Kənd təsərrüfatı məhsulları istehsalçılarının da iştirakı ilə keçirilən tədbirdə fermerlərə yüksək məhsul əldə etmək üçün keyfiyyətli əkin aparılmasına xüsusi diqqət yetirmək, əkin materialı kimi sertifikatlı toxumdan istifadə etmək, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov keçirilən tədbirin mahiyyətindən bəhs edərək, rayonda aqrar sahənin mövcud vəziyyəti, eləcə də aparılan əkinlər barədə məlumat verib.
Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həbib İbrahimov qeyd etmişdir ki, muxtar respublikada cari ilin payızlıq taxıl əkini üçün istehsalçıları keyfiyyətli buğda və arpa toxumları ilə təmin etmək məqsədilə dövlət dəstəyi hesabına toxum ehtiyatı yaradılıb. İstehsalçılar Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edərək toxum əldə edə bilərlər.
Həmçinin Həbib İbrahimov çıxışında Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi və baramaçılığın inkişafından da bəhs etmişdir.
Tədbirdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.