Ağacəkmə aksiyası keçirilib

02 dekabr 2023-cü il tarixdə Kəngərli rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib. Kəngərli Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri keçirilən yaşıllaşdırma aksiyasında yaxından iştirak ediblər. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması əsas məqsəd kimi götürülüb. Kəngərli rayonunda tut bağlarının salınması da bu məqsədə xidmət edir.

Bu gün Kəngərli rayonunda keçirilən yaşıllaşdırma aksiyası çərçivəsində Yeni Kərki kəndi ərazisində 0.5 hektar torpaq sahəsində 350 ədəd, Böyükdüz kəndi ərazisində 1.0 hektar torpaq sahəsində 450 ədəd, olmaqla ümumilikdə 800 ədəd tut ağacı əkilib. Əkilən ağaclara qulluq göstərilib, suvarılıb. Tut tinglərinin əkilməsi muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə mühüm töhvə verəcəkdir.

jpg

jpg

jpg

jpg

jpg