Zəfər Günü ilə bağlı şəhid məzarları ziyarət edilib

08 noyabr 2023-cü il tarixdə Zəfər Günü ilə bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun və aparatın əməkdaşlarının, Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatı sədrinin, şəhid ailələrinin və rayon ictimaiyyətinin iştirakı ilə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın məzarları ziyarət edildi, məzarları üzərinə gül dəstələri düzüldü, ruhlarına dualar oxundu.

Kəngərli Rayon İcra Hakmiyyətinin başçısı Kamal Ələkbərov qeyd etdi ki, hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət və qayğı göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan dövləti şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət hər zaman öz əsgərinin yanında olacaqdır. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.

jpg

jpg

jpg

jpg

jpg

jpg