“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında ağacəkmə aksiyası davam edir.

Oktyabrın 23-də Kəngərli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz, Yeni Kərki, Xok və Qabıllı kəndlərindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın altıncı günündə rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.
Bugünkü ağacəkmədə 2200 ədəd tut, badam, alma və meşə tingləri əkilmişdir. Əkilən tinglərə qulluq göstərilmiş və suvarılmışdır.
10 gün davam edəcək ağacəkmə aksiyasında 10200 ədəd tingin əkilməsi nəzərdə tutulmuşdur.
jpg
jpg
jpg
jpg