Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Fevralın 26-da Kəngərli Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Mədəniyyət Sarayında Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir iştirakçıları tərəfindən Mədəniyyət Sarayının foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgiyə baxış olmuşdur.
Daha sonra tədbirdə Xocalı Soyqırımı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Hacı Məmmədov çıxış edərək vurğulayıb ki, xalqımızın və bəşəriyyətin tarixinə faciə kimi daxil olmuş Xocalı soyqırımından 32 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi.
Bildirilib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Qeyd edilib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər həyata keçirilir. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilmişdir. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyası dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunmuşdur.
jpg
jpg
jpg
jpg