2024-cü il 24 yanvar tarixdə Qarabağlar kəndində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qadınlar – mental dəyərlər konseptinə çərçivələnmiş stereotip daşıyıcılarıdır” mövzusunda tədbir keçirilib. Tədbir Ümummilli lider Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kəngərli Ra...
Ətraflı
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Kəngərli rayonunda Şəhidlər abidə kompleksinin önünə gül dəstələri düzülərək şəhidlərin müqəddəs xatirəsi yad edilib. Qara Yanvar hadisələrindən 34 il keçir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Xalqımız...
Ətraflı
Yanvarın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev Kəngərli rayon ictimaiyyət nümayəndələri ilə görüşüb. Əvvəlcə AHİK sədri Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Kəngərli rayonunun mər...
Ətraflı
18 yanvar 2024-cü il tarixdə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "20 Yanvar-Tarixin Qanlı Səhifəsi" mövzusunda tədbir keçirilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kəngərli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Havva Əsədova 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmi...
Ətraflı
Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müx...
Ətraflı