Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının İcra Hakimiyyəti ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Yığıncağı giriş sözü ilə açan Kəngərli rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov yığıncağın gündəliyi haqqında məlumat verib və cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərini, əldə olunan uğurlarda Partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb.
Sonra gündəlikdə olan məsələlərə baxılıb. Gündəlikdə olan əsas məsələ ərazi partiya təşkilatına yeni sədrin və müavinin seçilməsinə zərurətin yaranması olub. Beləliklə, gündəlikdə olan məsələlər səsə qoyulub, yekdil səslə Kəngərli rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai- siyasi məsələlər şöbəsi müdirinin müavini Seyidov Ağa Seyidağa oğlu ərazi partiya təşkilatının sədri, Sosial- iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçi Həsənova Səbinə Qurbət qızı isə sədr müavini seçiliblər.
Yığıncaqda iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan danışıb. Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazandığını, sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndiyini bildirib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına mühüm töhfələr verib.Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atmaqdadır.
Sonda Sevda Quluyeva yeni seçilmiş ərazi partiya təşkilatının sədrinə və sədr müavininə tövsiyələrini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
jpg
jpg
jpg
jpg
jpg