Vətən müharibəsi şəhidi leytenant Elmar Rövşən oğlu Möhsümovun anım tədbiri keçirilib.

Kəngərli rayonunun Xok kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Elmar Rövşən oğlu Möhsümovun anım günü münasibətilə müqəddəs məzarı önündə tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin sükutla yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Sonra şəhid Elmar Möhsümovun həyat yolu, hərbi xidməti və Vətən müharibəsində göstərdiyi şücaət barədə məlumat verilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının şanlı qürur və qəhrəmanlıq salnaməsidir. Bu böyük Qələbənin möhkəm bünövrəsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti və dövlətçilik strategiyası ilə qoyulmuşdur. Həmin müdrik siyasi xətti uğurla devam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi.
​İcra başçısı vurğulayıb ki, Kəngərli rayonunun, o cümlədən Xok kəndinin mərd övladları da Vətən müharibəsində xüsusi rəşadət göstərmişlər. Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu, leytenant Elmar Möhsümov kimi cəsur zabitlərimiz canları və qanları bahasına torpaqlarımızı düşməndən təmizləyərək müqəddəs şəhidlik zirvəsinə ucalmış, adlarını tariximizə əbədi həkk etmişlər. Şəhid Elmar Möhsümovun və bütün şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik və mərdlik məktəbidir.
İcra başçısı şəhid valideynlərinə dərin ehtiramını bildirərək qeyd edib ki, Vətən üçün belə qeyrətli, cəsur və vətənpərvər övladlar böyüdən şəhid valideynləri hər birimizin qürur mənbəyidir. Dövlətimiz hər zaman şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanındadır. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Daha sonra şəhid valideynləri və müharibə iştirakçıları çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıblar. Onlar şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıblar.
Daha sonra şagirdlər tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirin sonunda şəhidlərin müqəddəs məzarları ziyarət olunub, məzarları önünə tər qərənfillər düzülərək əziz xatirələri dərin ehtiramla yad edilib. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoları çəkdirilib.
1
1
2
2
1