Şəhid Ülvi Cəfərovun əziz xatirəsinə həsr olunmuş “Əsgər marşına Aşiq qəhrəman” adlı kitabının II hissəsinin təqdimatı və anım mərasimi keçirilmişdir.

03 mart 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyəti və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə şəhid Ülvi Cəfərovun əziz xatirəsinə həsr olunmuş gənc yazar İlkanə Hüseynovanın “Əsgər marşına Aşiq qəhrəman” adlı kitabının II hissəsinin təqdimatı və anım mərasimi keçirilmişdir.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidlərimizin göstərdikləri misilsiz qəhrəmanlıq nümunələrindən geniş bəhs etmişdir. O vurğulamışdır ki, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalq–ordu birliyi sayəsində mümkün olmuşdur. Rayon rəhbəri qeyd etmişdir ki, şəhidlərimizin şərəfli döyüş yolu dövlətimizin gücünün, xalqımızın yenilməz iradəsinin bariz nümunəsidir. Bildirmişdir ki, onların xatirəsinin daim uca tutulması, ailələrinə diqqət və qayğı göstərilməsi hər birimizin mənəvi borcudur. O əlavə etmişdir ki, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlı böyüməsində mühüm rol oynayır və qəhrəmanlarımızın adını yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən şəhid anası Quliyeva İradə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, şəhidlərimizin qanının yerdə qalmadığını və onların qəhrəmanlıq salnaməsinin daim yaşayacağını qeyd etmişdir.
Vətən müharibəsi qazisi Turqay Məhərrəmov və Qabıllı kənd Kitabxanasının direktoru Xuraman Cəfərli çıxışlarında şəhidlərimizin igidliyindən, döyüş meydanında göstərdikləri rəşadətdən söz açmış, təqdim olunan kitabın əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Gənc yazar İlkanə Hüseynova müəllifi olduğu kitab haqqında ətraflı məlumat vermiş, kitabın ərsəyə gəlmə məqsədindən danışaraq şəhid Ülvi Cəfərovun keçdiyi igidlik yolunun gələcək nəsillər üçün örnək olduğunu bildirmişdir. Müəllif qeyd etmişdir ki, kitabın əsas məqsədi qəhrəmanlıq tariximizi yaşatmaq və şəhidlərimizin xatirəsini ədəbi formada gələcək nəsillərə çatdırmaqdır.
Tədbir çərçivəsində şəhid Ülvi Cəfərovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilmiş, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 1 “B” sinif şagirdləri tərəfindən “Vətən oğlu” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Sonda şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov çıxış edərək övladının xatirəsinə göstərilən diqqət və ehtirama görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirmiş, şəhid adının yaşadılmasının ailə üçün böyük qürur və təsəlli mənbəyi olduğunu vurğulamışdır.
2
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg