Şəhid Rahib Sadiqovun xatirəsinə ehtiram əlaməti olaraq, məzarı ziyarət edilmişdir. Ziyarət mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun, Sosial Xidmətlər Agentliyinin Kəngərli Rayon sektorunun, Qarabağlar kənd İcra Nümayəndəliyinin əməkdaşları, Qarabağlar Bələdiyyəsinin sədri, Dini icmanın üzvü və şəhidin yaxınları iştirak etmişdir. Mərasimdə şəhidin əziz xatirəsi sonsuz ehtiramla yad edildi, məzarı önünə tər qərənfillər düzülərək ruhuna dualar oxundu.
Qeyd olundu ki, Vətənimizin ərazi bütövlüyü və müdafiəsi uğrunda canından keçən Rahib kimi igid oğullarımızın qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərimizin, o cümlədən Rahib Sadiqovun ruhu şad olmuş, tökülən qanları yerde qalmamışdır.