Şəhid əsgər Orxan Əbil oğlu Abbasovun və şəhid əsgər Vüqar Tapdıq oğlu Dünyamalıyevin anım günləri münasibətilə əziz xatirələri yad edilib

2025-ci il aprelin 29-da şəhid əsgər Orxan Əbil oğlu Abbasovun və şəhid əsgər Vüqar Tapdıq oğlu Dünyamalıyevin anım günləri münasibətilə əziz xatirələri yad edilib.
Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, məzarları ziyarət edilmişdir. Ziyarət mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin, Qıvraq qəsəbə və Çalxanqala kənd İcra Nümayəndəliklərinin əməkdaşları, Dini icmanın üzvü və kənd sakinləri iştirak etmişdir.
Mərasimdə şəhidlərin xatirəsi sonsuz ehtiramla yad edildi, məzarları önünə tər qərənfillər düzülərək ruhlarına dualar oxundu.
jpg