Şəhid Bəhlul Məmmədovun xatirəsinə ehtiram əlaməti olaraq, məzarı ziyarət edilmişdir. Ziyarət mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Sosial Xidmətlər Agentliyinin Kəngərli rayon sektorunun, Qarabağlar kənd İcra Nümayəndəliyinin əməkdaşları, Qarabağlar Bələdiyyəsinin sədri və Dini icmanın üzvü iştirak etmişdir.
Mərasimdə şəhidin əziz xatirəsi sonsuz ehtiramla yad edildi, məzarı önünə tər qərənfillər düzülərək ruhuna dualar oxundu. Qeyd olundu ki, Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Onlar Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, adlarını tariximizə qızıl hərflərlə yazdırmışlar.