“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

12 avqust 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunun Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov təqdimatla çıxış edərək bildirib ki, erkən yaşda qurulan ailələrdə məsuliyyətin tam dərk olunmaması ailədaxili problemlərin artmasına səbəb olur. Qohum nikahları isə ailə münasibətlərində gərginlik və münaqişə riskini artırır. Bu hallar cəmiyyətin sosial sabitliyinə mənfi təsir göstərir və sağlam ailə modelinin formalaşmasını çətinləşdirir.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib, iştirakçılar arasında sorğu keçirilib, mövzu ilə bağlı maarifləndirici videoçarx təqdim olunub, broşürlər paylanılıb, posterlər isə elan lövhələrində yerləşdirilib.
1
2
 
1