Qarabağlar kəndində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 7-də Kəngərli Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “Yaşayış sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər və yanğın təhlükəsizliyinin təmin olunmasında yerli özünüidarəetmə orqanlarının, eləcə də vətəndaşların üzərinə düşən vəzifələr” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Vəli Səfərov yanğın təhlükəsizliyinin təmin olunmasının, xüsusilə yaşayış məntəqələrində, əkin və otlaq sahələrində yanğın hadisələrinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət baş leytenantı Nurlan Sadiqov çıxış edərək mülkiyyətlərdə yanğın hadisələrinin baş verməsinin əsas səbəbləri, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi barədə məlumat verib.
Tədbir çərçivəsində iştirakçılara yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slayd və videoçarx nümayiş etdirilib.
1
1