Qarabağlar kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Qarabağlar kəndində səyyar vətəndaş qəbulunu həyata keçirib. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Qarabağlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak ediblər.
Kamal Ələkbərov çıxışı zamanı səyyar qəbulların ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında mütəmadi olaraq təşkil edildiyini vurğulayıb. O bildirib ki, bu görüşlər respublikada həyata keçirilən sosial-iqtisadi islahatların, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərin mühüm tərkib hissəsidir. İcra başçısı qeyd edib ki, dövlət və vətəndaş arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə keçirilən bu cür qəbullar, ölkədə aparılan uğurlu siyasətin bariz nümunəsidir.
Səyyar qəbulda kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və müvafiq qanunvericiliyə uyğun şəkildə həll olunması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Həmçinin qəbul zamanı kənd sakinləri tərəfindən artezian quyusundan məhəllə sakinləri üçün su bölgüsü ilə bağlı müraciət səsləndirilib. Müraciət əsasında yerində baxış keçirilib, vəziyyət operativ şəkildə araşdırılıb və bölgü tənzimlənərək məsələ yerindəcə öz həllini tapıb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də problemlərinin həllinə yönəlmiş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
jpg
jpg