Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib.

Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərək Tacikistan xalqını əldə olunan uğurlar münasibətilə təbrik edib. Dövlət başçısı Tacikistan paytaxtının son illərdə sürətlə inkişaf etdiyini, şəhərdə yeni binaların və infrastrukturun qurulduğunu vurğulayaraq bu nailiyyətlərin dost Azərbaycanı da sevindirdiyini bildirib.
Prezident qeyd edib ki, Azərbaycan və Tacikistan arasında əlaqələr qarşılıqlı dostluq və qardaşlıq ruhunda inkişaf edir və bu münasibətlərin daha da genişlənməsi üçün böyük potensial mövcuddur.
İlham Əliyev həmçinin MDB dövlət başçılarına Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə təşəkkürünü çatdırıb. O bildirib ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimində qonaqlar şəhərin işğaldan azad olunduqdan sonra necə qısa müddətdə bərpa edildiyinin və müasir, yaşayış üçün əlverişli məkana çevrildiyinin şahidi olublar.
Prezident humanitar əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edərək, Laçının qədim mədəni irsinin və Azərbaycan xalqının yenidənqurma əzminin MDB məkanında yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
JPG
JPG