Prezident İlham Əliyev 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib

Çıxış zamanı bildirilib ki, Ermənistan 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qeyd olunub ki, Antonio Koştanın Azərbaycana son səfəri zamanı bu məsələlər müzakirə edilib və dövlət başçısının tədbirə videobağlantı ilə qoşulması barədə razılıq əldə olunub. Eyni zamanda, bir il əvvəl Tiranada aparılan müzakirələr zamanı Ermənistanın 2026-cı ildə Zirvə görüşünə ev sahibliyi etməsi ideyasına da dəstək verildiyi xatırladılıb. Tarazlığın qorunması məqsədilə növbəti toplantılardan birinin Azərbaycanda təşkili təklif olunub və bu təşəbbüs qəbul edilib. Bununla bağlı olaraq 2028-ci ilin mayında keçiriləcək Zirvə görüşünə “Avropa Siyasi Birliyi”nin üzvləri dəvət olunub. Ermənistanın da bu namizədliyi dəstəkləməsi Azərbaycan-Ermənistan münasibətlərində sülhün real xarakter aldığını göstərən amil kimi qiymətləndirilib. Həmçinin vurğulanıb ki, tərəflər cəmi doqquz aydır sülh şəraitində yaşayır və bu mərhələyə uyğunlaşma prosesi davam edir.
Çıxışda diqqətə çatdırılıb ki, sülh mühitinin formalaşması nəticəsində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük daşınıb. Xatırladılıb ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzalayıb, Donald Tramp isə bu sənədə şahid qismində imza atıb. Həmçinin hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladığı bildirilib. Bu prosesin nəticəsi olaraq Azərbaycan 1990-cı illərin əvvəllərindən tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bununla yanaşı, Azərbaycan ilk dəfə olaraq Ermənistana benzin və dizel ixracına başlayıb və indiyədək 12 min ton neft məhsulu göndərilib. Beləliklə, tərəflər arasında ticarət əlaqələrinin formalaşdığı qeyd olunub.
Bununla yanaşı, bəzi Avropa qurumlarının mövqeyinə də toxunularaq bildirilib ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası sülh prosesinə münasibətdə konstruktiv yanaşma nümayiş etdirmir və ikili standartlara yol verir.
Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.
Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA).
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.
Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.
Sonda vurğulanıb ki, sülh prosesinə mane olmaq istəyən qüvvələrin mövcudluğuna baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur. Eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Zirvə görüşünə ev sahibliyi etməsi münasibətilə təbrik olunub və qarşı tərəfin səsləndirdiyi fikirlərin regionda sülhün möhkəmlənməsinə xidmət etdiyi qeyd edilib.
Bununla yanaşı, bəzi Avropa qurumlarının mövqeyinə də toxunularaq bildirilib ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası sülh prosesinə münasibətdə konstruktiv yanaşma nümayiş etdirmir və ikili standartlara yol verir. Qeyd olunub ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və uzun illər ərzində nümayəndə heyətinə heç bir məhdudiyyət tətbiq edilməyib. Lakin 2023-cü ilin sentyabrında Qarabağda separatçılığa son qoyulmasından sonra, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra edilməsinə baxmayaraq, 2024-cü ilin yanvarında AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinə sanksiyalar tətbiq olunub. Bu halın ikili standartların bariz nümunəsi olduğu vurğulanıb və Azərbaycanın ərazi bütövlüyünün digər dövlətlərin ərazi bütövlüyü ilə eyni dəyərə malik olduğu qeyd edilib.
Eyni zamanda bildirilib ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı yönəlmiş addımlar atır. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-dək – Azərbaycanla bağlı 14 qətnamə qəbul edilib və bu sənədlər qərəzli yanaşma ilə seçilib. Ən son qətnamənin isə Zirvə görüşü ərəfəsində qəbul edildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, bu qurum ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya və sosial problemlər kimi mühüm məsələlərə diqqət ayırmaq əvəzinə, Azərbaycanı hədəfə alan mövqe sərgiləyir. Buna cavab olaraq Azərbaycan parlamentinin mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakın dayandırılması və Avronest Parlament Assambleyasındakı fəaliyyətin dayandırılması ilə bağlı prosedurların başlanması barədə qərar qəbul etdiyi bildirilib. Bu məlumatın Zirvə iştirakçılarına təqdim olunmasının məqsədinin yanlış informasiyaların qarşısını almaq olduğu qeyd edilib.
Sonda vurğulanıb ki, sülh prosesinə mane olmaq istəyən qüvvələrin mövcudluğuna baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur. Eyni zamanda Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanı Ermənistanın Zirvə görüşünə ev sahibliyi etməsi münasibətilə təbrik edib və bildirilib ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.
1