Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qarabağlar kəndində MyGov platformasının imkanları və ondan istifadə qaydaları barədə maarifləndirici təlim keçirilib.
Təlimdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Günay Məhərrəmova çıxış edərək mygov platformasının əhəmiyyəti, vətəndaşlara təqdim etdiyi imkanlar və rəqəmsal xidmətlərdən istifadə qaydaları barədə məlumat verib.
Tədbir zamanı iştirakçılara platformanın imkanlarını əks etdirən slaydlar nümayiş etdirilib. Həmçinin vətəndaşlara dəvət kodu vasitəsilə mygov platformasında qeydiyyatdan keçmək üçün praktiki köməklik göstərilib, qeydiyyat prosesi barədə ətraflı izahat verilib.
Təlimin əsas məqsədi əhalinin rəqəmsal savadlılığının artırılması, mygov platformasının imkanları barədə məlumatlılığın genişləndirilməsi və rəqəmsal xidmətlərdən istifadənin təşviq edilməsi olub.