“Memarlıq və Şəhərsalma İli” çərçivəsində tədbir keçirilib

Kəngərli Rayon İcra Hakimiyyətinin dəstəyi, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq Səfirlər Məclisi Kəngərli rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Əsgərov, Uşaq Səfirlər Məclisinin Kəngərli rayon üzrə nümayəndəsi Əli Şəfizadə, Uşaq Səfirlər Məclisinin fəalları Əyyub Cəfərov və Azərin Əsədova çıxış ediblər.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Vurğulanıb ki, müasir şəhərsalma prinsipləri dayanıqlı inkişaf, ekoloji tarazlığın qorunması və insanların rahat yaşayış mühitinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, memarlıq yalnız binaların inşası deyil, həm də milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını yerinə yetirir.
jpg
jpg