"Konstitusiya və Suverenlik İli" çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib.

Dekabrın 10-da Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Onur Qənbərov, məktəbin direktoru Qılman Əhmədov mövzu ilə bağlı çıxışlar ediblər.
Çıxış edənlər ölkəmizin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirib. Bu gün məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək yeni zirvələr fəth edir. Uzun illər iqtisadi, siyasi, hərbi və diplomatik sahələrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazandı və lokal xarakterli antiterror tədbirləri sayəsində ölkəmizin suverenliyi tam bərpa olundu
jpg
jpg