18 dekabr 2025-ci il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Çalxanqala kənd tam orta məktəbində “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov, məktəbin direktor müavini Mehman Ağammədov və Kəngərli rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Asiman Novruzov mövzu ilə bağlı çıxışlar etmişlər.
Çıxış edənlər erkən nikahın fərdlərin fiziki və psixoloji inkişafına, təhsil imkanlarına və cəmiyyətin sosial rifahına mənfi təsirlərindən bəhs etmiş, bu kimi halların qarşısının alınmasının vacibliyini vurğulamış, gənclərin hüquqi maarifləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışlar.