“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.

Noyabrın 5-də Kəngərli Rayon Mədəniyyət Sarayında keçirilən sərgidə Qabıllı kənd kitabxanasının direktoru Xuraman Cəfərova açılış nitqi ilə çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.
O qeyd edib ki, bu sərginin məqsədi də məhz həmin qəhrəmanlığın salnaməsini tamaşaçılara çatdırmaq, Zəfər Gününün mənəvi dəyərini bir daha xatırlatmaqdır. Burada nümayiş olunan kitablar, rəsm əsərləri, toxuculuq əşyaları o şanlı günlərin xatirəsini yaşadır.
Sonda iştirakçılar Zəfər Gününün 5-ci ildönümü münasibətilə təşkil olunmuş sərgi ilə tanış olublar.
jpg
jpg
jpg
jpg