Kəngərli rayonunun Qarabağlar kəndində şəhid Əhliman Ağayevin anım günü münasibətilə məzarı ziyarət olunub

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Əhliman Cabbar oğlu Ağayevin anım günü münasibətilə məzarı ziyarət edilib, əziz xatirəsi böyük ehtiramla anılıb.
Ziyarət mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Sosial Xidmətlər Agentliyinin Kəngərli rayon sektorunun, Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əməkdaşları, Qarabağlar bələdiyyəsinin sədri, kənd dini icmasının üzvü və şəhidin yaxınları iştirak etmişdir.
Mərasimdə şəhidin əziz xatirəsi sonsuz ehtiramla yad edildi, məzarı önünə tər qərənfillər düzülərək ruhuna dualar oxundu.
Qeyd olundu ki, Vətənin bütövlüyü naminə canlarını qurban verən igid oğullarımız öz adlarını xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi olaraq həkk etmişlər. Onların müqəddəs xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və göstərdikləri rəşadət heç zaman unudulmayacaqdır.
jpg
jpg