8 Noyabr – Zəfər Günü münasibətilə Kəngərli rayonunun mərkəzində ağacəkmə aksiyası keçirilib.
Aksiya Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, qəhrəman şəhidlərimizin və qazilərimizin fədakarlığı nəticəsində qazanılmış tarixi Zəfərə həsr olunub.
Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, rayonun kommunal müəssisələr kombinatı, idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi aksiya çərçivəsində 0,2 hektar ərazidə 100 ədəd badam tingi əkilib və suvarılıb.