Kəngərli rayonunda valideyn konfransı keçirilib

13 yanvar 2026-cı il tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında “Tədris motivasiyası və öyrənməyə marağın artırılması” və “Uşağın psixoloji və emosional inkişafı” mövzularında valideyn konfransı keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, ümumi təhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Ayaz Əliyev açaraq konfransın məqsədi barədə məlumat verib.
Daha sonra Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cəlil Rüstəmov uşaqların psixoloji sağlamlığı və təhsil mühitinin inkişafında dövlət–ailə–məktəb əməkdaşlığının əhəmiyyətindən bəhs edib.
Konfrans çərçivəsində psixoloq Sevil Quliyeva slayd təqdimatı əsasında valideynlərin uşağın təhsil inkişafındakı rolu və psixoloji dəstəyin əhəmiyyəti barədə çıxış edib.
Ardınca Kəngərli Rayon Təhsil Şöbəsinin metodiki kabinet müdiri Nuranə Musayeva şagirdlərin öyrənməyə marağının artırılmasında müasir metodiki yanaşmalar haqqında məlumat verib.
Tədbirin sonunda valideynlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və rəy formaları paylanıb.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg