Kəngərli rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqla görüş keçirilib
20 noyabr 2025-ci il tarixində Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş Qıvraq qəsəbə sakini Gökcə Adəm Bürhanettin oğlu Qıvraq qəsəbə Körpələr evi–Uşaq bağçasında ziyarət olunub.
Görüş zamanı qeyd olunub ki, bu kimi mütəmadi görüşlərin təşkili uşaqların hüquqlarının müdafiəsinə, onların sosial təminatının gücləndirilməsinə və dövlətin uşaq siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinə mühüm töhfə verir.