Kəngərli Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə uyğun olaraq 30 aprel 2025-ci il tarixində “Sudan səmərəli istifadə və müasir tipli suvarma sistemlərinin tətbiqinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yurdçu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə baş tutub.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin, Yurdçu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin, aidiyyəti qurumların əməkdaşları və torpaq mülkiyyətçiləri iştirak ediblər.
Çıxış edənlər sudan səmərəli və qənaətlə istifadə, su ehtiyatlarının qorunması və müasir tipli suvarma sistemlərinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, yeni suvarma texnologiyalarının tətbiqi su itkisinin qarşısını almaqla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın artmasına, torpağın şoranlaşmasının qarşısının alınmasına təsir edir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.