Kəngərli rayonunda “Sudan səmərəli istifadə və müasir tipli suvarma sistemlərinin tətbiqinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

Kəngərli Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə uyğun olaraq 29 aprel 2025-ci il tarixində “Sudan səmərəli istifadə və müasir tipli suvarma sistemlərinin tətbiqinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xok kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində baş tutub.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin, Xok kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin, aidiyyəti qurumların əməkdaşları, Xok bələdiyyəsi sədrinin müavini və torpaq mülkiyyətçiləri iştirak ediblər.
Çıxış edənlər sudan səmərəli və qənaətlə istifadə, su ehtiyatlarının qorunması və müasir tipli suvarma sistemlərinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, yeni suvarma texnologiyalarının tətbiqi su itkisinin qarşısını almaqla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın artmasına da şərait yaradır.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
jpg
jpg
jpg