Kəngərli rayonunda şəhid polkovnik-leytenant Sədi Musayevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub

​Kəngərli rayonunun Qıvraq qəsəbəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidimiz, polkovnik-leytenant Musayev Sədi Süleyman oğlunun əziz xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib.
​Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi qulluqçular, polislər, ziyalılar, məktəblilər və kənd sakinləri iştirak ediblər.
​Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhadətə ucalan şəhidlərimizin əziz xatirəsini sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
​
Daha sonra xatirə bulağının açılış mərasimi baş tutub. Açılışdan sonra dini icmanın sədri tərəfindən şəhidlərimizin müqəddəs ruhuna Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.
​
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhid polkovnik-leytenant Sədi Musayevin şərəfli ömür yolundan, hərbi xidməti dövründə göstərdiyi peşəkarlıqdan və Vətənə olan sonsuz sevgisindən bəhs edib. İcra başçısı qəhrəmanımızın döyüş meydanında göstərdiyi misilsiz şücaətə diqqət çəkərək, onun cənab Prezident, Müzəffər Ali Baş Komandan tərəfindən yüksək orden və medallarla təltif olunduğunu xüsusi vurğulayıb. Çıxışda, həmçinin dövlət başçısının şəhid ailələrinə, onların ata və analarına göstərdiyi yüksək diqqət və qayğıdan söz açılıb, vətən üçün belə igid övlad böyütdüklərinə görə şəhidin valideynlərinə dərin minnətdarlıq ifadə olunub.
​
Mərasimdə çıxış edən şəhidin anası Nəsibə Musayeva, "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri qazi Əli Əlisoy, eləcə də qəhrəmanımızın müəllimləri, döyüş yoldaşları, qardaşı və dayısı şəhid Sədi Musayevlə bağlı qürurverici xatirələrini bölüşüb, onun mərdliyi, igidliyi və yüksək insani keyfiyyətləri barədə danışıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
​Tədbirin bədii hissəsində şagirdlərin ifasında şəhidimizin əziz xatirəsinə və vətənə həsr olunmuş şeirlər səsləndirilib.
1
1
1
2
2
3
1
1
1
1
1
1
1
1
1
1