Kəngərli rayonunda Şəhid Atasının yubileyi qeyd edilmişdir

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və aparatın əməkdaşları şəhid leytenant Elməddin Qəhrəmanovun atası Niyaməddin Qəhrəmanovun yubileyi münasibətilə ailə ilə görüşüblər.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov öz adından və rayon icra hakimiyyətinin kollektivi adından şəhid atasını yubileyi münasibətilə təbrik etmişdir. Görüşdə vurğulanıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və onların ailələri dövlətin, cəmiyyətin hər zaman diqqət və qayğısı ilə əhatə olunacaqdır. Bildirilib ki, şəhid ataları və anaları göstərdikləri mərdlik, səbir və dözüm nümunəsi ilə hər birimiz üçün örnəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən sosial layihələr və tədbirlər şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Şəhid Elməddin Qəhrəmanovun atası Niyaməddin Qəhrəmanov və anası Təranə Qəhrəmanova onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar, övladlarının Vətən uğrunda şəhid olmasını böyük qürur hissi ilə qeyd edərək, bu müqəddəs yolun hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıblar.
Sonda Şəhid Atasına yubiley münasibətilə hədiyyə təqdim olunub, ailəyə xoş arzular çatdırılıb və bir daha bildirilib ki, Şəhidlərimizin ailələri daim dövlətin diqqət mərkəzindədir.