Kəngərli rayonunda Şəhid Anasının yubileyi qeyd edilmişdir.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və aparatın əməkdaşları şəhid Basid Rüstəmovun anası Firəngiz Rüstəmovanın yubileyi münasibətilə ailə ilə görüşüblər.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov öz adından və rayon icra hakimiyyətinin kollektivi adından şəhid anasını yubileyi münasibətilə təbrik etmişdir.
Görüşdə vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən övladlar böyüdən şəhid anaları bizlər üçün qəhrəmanlarımızın əmanətidir və onların hər birinin fədakarlığı dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir.
Bildirilib ki, şəhidlərin xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiramla anılacaq, onların fədakarlığı tariximizin şanlı səhifələrində əbədi yer tutacaqdır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin operativ həlli dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Şəhid Basid Rüstəmovun anası Firəngiz Rüstəmova və atası İdris Rüstəmov onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər. Övladlarının xatirəsinin uca tutulmasının və bu əlamətdar gündə Şəhid Anasının diqqətdə saxlanılmasının onlar üçün böyük təsəlli olduğu qeyd edilmişdir
Görüşün sonunda Şəhid Anasına yubileyi münasibətilə hədiyyələr verilmişdir.
jpg