08 aprel 2026-cı il tarixində Kəngərli Rayon Yurdçu kənd tam orta məktəbində “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Nihal Vəliyev çıxış edərək tədbirin əhəmiyyəti, cəmiyyət üçün aktuallığı və bu sahədə aparılan maarifləndirmə işlərinin vacibliyi barədə məlumat vermişdir.
Daha sonra Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Bəxtiyar Əsgərov çıxış edərək məişət zorakılığının yaranma səbəbləri, onun mənfi nəticələri, qarşısının alınması mexanizmləri və belə hallarla üzləşdikdə müraciət edilə biləcək aidiyyəti qurumlar barədə iştirakçılara geniş məlumat vermişdir.