Kəngərli rayonunda erkən nikah və məişət zorakılığı ilə bağlı maarifləndirici tədbir keçirilib

18 mart 2026-cı il tarixində Kəngərli Rayon Yeni Kərki kənd tam orta məktəbində "Erkən nikah və məişət zorakılığı" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Səfər Səfərov, komissiyanın məsləhətçi-psixoloqu Bəxtiyar Əsgərov və Yeni Kərki kənd tam orta məktəbinin direktoru Yunis Ələkbərov iştirak etmişlər.
Çıxış edənlər erkən nikah və məişət zorakılığının cəmiyyətə, ailə institutuna və gənclərin gələcəyinə göstərdiyi mənfi təsirlərdən bəhs etmiş, bu halların qarşısının alınmasının vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, erkən nikah və məişət zorakılığı həm sosial, həm də psixoloji baxımdan ciddi problemlərə səbəb olur və sağlam cəmiyyətin formalaşmasına maneə törədir.
Sonda belə maarifləndirici tədbirlərin keçirilməsinin gənclərin düzgün istiqamətləndirilməsi və sağlam gələcəyin qurulması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunmuşdur.
jpg