Kəngərli rayonunda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz dərin ehtiramla yad edilib.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
“27 Sentyabr - Anım Günü” ilə bağlı Kəngərli Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq - mühafizə orqanları, rayonunun idarə, müəssisə və təşkilatları tərəfindən rayonda yerləşən Şəhidlər Abidə Kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülmüşdür.
Daha sonra qəsəbə və kəndlərdə I və II Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuş, üzərinə gül dəstələri qoyularaq ruhlarına dualar oxunmuş, vətən uğrunda canlarını fəda edən əziz şəhidlərimiz dərin ehtiramla yad edilmişdir.
 
1
1
2
1
1
2
2
1
1
1
1
1
1