Kəngərli rayonunda 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib.

Avqustun 1-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü" ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qıvraq qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Maral Qasımova və Qıvraq qəsəbə Uşaq bağçasının tərbiyəçi - müəllimi Sahidə Abbasova çıxış edərək bildiriblər ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Vurğulanıb ki, bu gün müstəqil ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti uğurla davam etdirilir. Bu sahədə möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində qorunması və hərtərəfli inkişafı istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır.
Sonda məktəblilərin ifasında şeirlər bədii qiraət olunmuşdur.
jpg
jpg
jpg
jpg
jpg