08 oktyabr 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Yurdçu kənd sakinləri ilə görüşüb.
Görüşdə İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Yurdçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak edib.
İcra başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbulların mütəmadi təşkil olunduğunu vurğulayıb.
Kamal Ələkbərov çıxışı zamanı kənddə əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunmasının, həmin sahələrin aqrotexniki qaydalara uyğun əkilməsinin əhəmiyyətindən danışmışdır.
Daha sonra görüşdə sakinlərin qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, müraciətlərin icrası nəzarətə götürülüb.
Kənd sakinləri müraciətlərinə həssaslıqla yanaşılmasına, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, ölkədə vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.