Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid əsgər İlyas Sabir oğlu Qasımovun anım günü münasibətilə məzarı ziyarət olunub.
Ziyarət mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun, Sosial Xidmətlər Agentliyinin Kəngərli rayon sektorunun, Qarabağlar kənd İcra Nümayəndəliyinin əməkdaşları, dini icma nümayəndəsi və şəhidin yaxınları iştirak ediblər.
Mərasim zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə tər qərənfillər düzülərək ruhuna dualar oxunub.
Qeyd olundu ki, Şəhid İlyas Qasımov Vətənə olan sonsuz sevgisi, mərdliyi və igidliyi ilə hər zaman yaddaşlarda yaşayacaqdır. Onun göstərdiyi qəhrəmanlıq nümunəsi gələcək nəsillər üçün örnəkdir.
Bildirildi ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.