Kəngərli rayon Qarabağlar kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib

13 yanvar 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Qarabağlar kənd sakinləri ilə görüş keçirib. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Qarabağlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak edib.
Kamal Ələkbərov çıxışında ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbulların mütəmadi təşkil olunduğunu vurğulayıb. Bildirib ki, bu görüşlər respublikada həyata keçirilən sosial-iqtisadi islahatların və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin mühüm tərkib hissəsidir.
İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza göstərdiyi diqqət və qayğıdan, "Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üçün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ndan, rayonda həyata keçiriləcək dövlət layihələrindən vətəndaşlara məlumat vermişdir. Qeyd edildi ki, rayonun qəsəbə və kəndlərində mövcud su problemlərinin aradan qaldırılması məqsədilə lazımi tədbirlər layihələşdirilib və mərhələli şəkildə icrasına başlanılacaqdır. Həmçinin, əvvəlki qəbullar zamanı kənd sakinləri tərəfindən Qarabağlar kəndində uşaq bağçasının tikintisi ilə bağlı edilən müraciətin Tədbirlər Planına daxil edildiyi, layihələndirmə işlərinin artıq yekunlaşdırıldığı və yaxın zamanda tikinti işlərinə başlanılmasının planlaşdırıldığı vurğulanmışdır.
Daha sonra kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, o cümlədən müraciətlərinin həllinə yönəlmiş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
jpg
jpg
jpg