27 oktyabr 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə MyGov platforması və rəqəmsal imkanlarla bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov çıxış edərək müasir dövrdə rəqəmsal texnologiyaların həyatın müxtəlif sahələrində, o cümlədən dövlət xidmətlərinin göstərilməsində mühüm rolundan bəhs edib.
Çıxış zamanı Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Həmçinin MyGov platformasının imkanları, platformadan istifadə qaydaları və vətəndaşların elektron xidmətlərdən yararlanması barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, platforma vətəndaşlara dövlət xidmətlərindən elektron formada istifadə etmək, müvafiq məlumatlara daha rahat çıxış əldə etmək və vaxta qənaət etmək imkanı yaradır.