Kəngərli rayon Çalxanqala kəndində növbəti vətəndaş qəbulu keçirilib

29 sentyabr 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Çalxanqala kənd sakinləri ilə görüşüb.
Görüşdə İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Çalxanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak edib.
İcra başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbulların mütəmadi təşkil olunduğunu vurğulayıb.
Kamal Ələkbərov çıxışı zamanı kənddə əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunmasının, həmin sahələrin vaxtında və düzgün şəkildə əkilməsinin vacibliyini vurğulayıb.
Daha sonra görüşdə sakinlərin qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, müraciətlərin icrası nəzarətə götürülüb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, həmçinin müraciətlərinin həllinə yönəlmiş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
1
2
jpg
1